Məxfilik siyasəti

Bu sənəd EmlakHub (emlakhub.az) platformasının hansı şəxsi məlumatları, hansı məqsədlə və hansı əsasla emal etdiyini, kimlərə ötürdüyünü, nə qədər saxladığını və məlumatlarınızla bağlı hüquqlarınızı izah edir. Mətn platformanın faktiki işləməsinə uyğun yazılıb.

1. Operator və platformanın rolu

Platforma fiziki şəxs tərəfindən idarə olunur. “EmlakHub” saytın adıdır: o, qeydiyyatdan keçmiş şirkət, daşınmaz əmlak agentliyi və ya broker deyil. Operator sahibkarlıq subyekti kimi qeydiyyatda deyil; platforma hazırda pulsuzdur və gəlir əldə etmir.

EmlakHub daşınmaz əmlak elanlarını, 360° turları, xəritəni və ətraf infrastruktur məlumatını göstərən pulsuz informasiya platformasıdır. Platforma hazırda heç bir ödəniş qəbul etmir: abunə, elan yerləşdirmə haqqı, komissiya, kirayə və ya alqı-satqı ödənişi sayt vasitəsilə alınmır, bank kartı məlumatı toplanmır. EmlakHub elanlarda göstərilən əmlakın sahibi, daşınmaz əmlak agentliyi və ya broker deyil və tərəflər arasındakı müqavilənin tərəfi deyil.

2. Hansı məlumatları emal edirik

  • Hesab məlumatları — ad, e-poçt ünvanı, istəyə bağlı telefon nömrəsi, parolun geri qaytarıla bilməyən heşi (parolun özü saxlanılmır), e-poçtun təsdiq tarixi, qeydiyyat üsulu (e-poçt və ya Google), son giriş tarixi.
  • Razılığın sübutu — qeydiyyatda verdiyiniz razılığın sənəd versiyası, həmin anda göstərilən operator, razılıq mətninin geri qaytarıla bilməyən izi (SHA-256), üsul (e-poçt forması və ya Google), adınız, e-poçtunuz və tarixlər. IP ünvanı yazılmır.
  • E-poçt təsdiq kodları — qeydiyyat, parolun bərpası və e-poçtun təsdiqi zamanı göndərilən 6 rəqəmli kodun özü saxlanılmır, yalnız onun geri qaytarıla bilməyən izi saxlanılır. Tamamlanmamış qeydiyyatda yazdığınız ad və parol heşi ən çox 30 dəqiqə gözləmədə qalır.
  • Google ilə giriş məlumatları — 3-cü bölməyə baxın.
  • İki mərhələli doğrulama (aktivləşdirsəniz) — autentifikator açarı şifrələnmiş şəkildə, bərpa kodları isə yalnız geri qaytarıla bilməyən iz şəklində saxlanılır.
  • Elanlar — hesabınızla elan təqdim etdikdə elanın məlumatları, şəkilləri və elanda göstərdiyiniz əlaqə adı və telefonu. Elan dərc olunarsa, bu əlaqə məlumatları elanda hamıya görünür.
  • Sorğular və baxış istəkləri — formada yazdığınız ad, telefon, e-poçt (istəyə bağlı), mesaj və ya qeyd, arzu olunan tarix və vaxt, həmçinin razılıq qutusunun işarələnməsi faktı.
  • Əlaqə və məlumat sorğuları — əlaqə və məlumat sorğusu formalarında yazdığınız ad, e-poçt, mövzu və mətn saytın sahibinin e-poçt qutusuna (Brevo vasitəsilə) göndərilir və saytın verilənlər bazasında saxlanılmır; jurnalda yalnız sorğunun mövzusu və tarixi qeyd olunur.
  • Təhlükəsizlik jurnalı — giriş cəhdləri, rədd edilmiş və ya şübhəli sorğular, hesabla bağlı təhlükəsizlik dəyişiklikləri tarix və hesab identifikatoru ilə; rədd edilmiş sorğularda qoşulmanın IP ünvanı. Parollar, kodlar, tokenlər və e-poçt ünvanları jurnala yazılmır.
  • İdarəetmə jurnalı — əməkdaşların idarəetmə panelində etdiyi dəyişikliklər (kim, nə vaxt, nəyi dəyişdi).
  • İstifadə statistikası — hansı elana və ya 360° tura baxıldığı (tarix, elan nömrəsi, daxil olmusunuzsa hesab identifikatoru). IP ünvanı və cihaz izi saxlanılmır.
  • Yeriniz — “Mənim yerimi tap” düyməsini basdıqda brauzer yerinizi yalnız bu səhifədə məsafəni hesablamaq üçün verir. Yeriniz serverə göndərilmir və saxlanılmır.
  • Brauzer yaddaşı — seçilmişlər, müqayisə və son baxılan elanların nömrələri sizin brauzerinizdə saxlanılır (Kukilər səhifəsinə baxın).

Xüsusi kateqoriyalı məlumatlar (sağlamlıq, din, siyasi baxışlar və s.) toplanmır. Ödəniş və bank kartı məlumatları toplanmır.

3. Google ilə giriş

“Google ilə daxil ol” və ya “Google ilə qeydiyyatdan keç” seçdikdə Google-dan yalnız bu icazələr istənilir: openid, email, profile. Gmail, Google Drive, kontaktlar və ya digər Google xidmətlərinə giriş istənilmir.

  • Nə alırıq: Google hesabınızın daimi identifikatoru, e-poçt ünvanınız, e-poçtun Google tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi və adınız. Google profil şəkli saxlanılmır.
  • Nə üçün: yalnız hesab yaratmaq və hesabınıza daxil olmaq üçün.
  • Nə saxlayırıq: Google identifikatoru, həmin anda Google-un bildirdiyi e-poçt ünvanı, qoşulma və son istifadə tarixi; yeni hesab üçün ad və e-poçt. Google-un giriş tokenləri (access və refresh token) saxlanılmır.
  • Kimə ötürürük: heç kimə ötürmür və satmırıq; reklam və ya profil qurmaq üçün istifadə etmirik.
  • Təhlükəsizlik: eyni e-poçt ünvanı olan mövcud hesab Google hesabı ilə avtomatik birləşdirilmir; birləşdirmə yalnız siz həmin hesaba daxil olduqdan sonra mümkündür. İki mərhələli doğrulama aktivdirsə, Google ilə girişdən sonra da tələb olunur. Google ilə yeni hesab yalnız qeydiyyat səhifəsində razılıq qutuları işarələndikdən sonra yaradılır.
  • Necə ayırmaq və silmək olar: Google-u Hesab → Təhlükəsizlik bölməsində ayıra bilərsiniz (hesabınızın parolu varsa). Platformanın Google hesabınıza girişini istənilən vaxt myaccount.google.com/permissions səhifəsində ləğv edə bilərsiniz. Hesabın silinməsi üçün 9-cu bölməyə baxın.

EmlakHub-un Google API-lərindən aldığı məlumatlardan istifadəsi və onları başqa tətbiqlərə ötürməsi Google API Services User Data Policy, o cümlədən “Limited Use” tələblərinə uyğundur.

4. Məqsədlər və hüquqi əsaslar

Reklam məqsədilə profil qurulmur, məlumatlar satılmır, reklam məktubları göndərilmir.

5. Məlumatları kimə ötürürük və xaricə ötürülmə

Harada saxlanılır: EmlakHub-un serveri və verilənlər bazası (hesablar, elanlar, sorğular, razılıq sübutları, şəkillər) saytın sahibinin nəzarətindəki kompüterdə işləyir; gündəlik ehtiyat nüsxələr eyni kompüterə qoşulmuş ayrıca diskdə saxlanılır. Server birbaşa internetə açıq deyil. Platforma işləməsi üçün aşağıdakı xidmətlərdən istifadə edir; onlar məlumatları yalnız bu xidmətləri göstərmək üçün emal edir. Bu xidmətlər Azərbaycan Respublikasından kənardayerləşir, ona görə aşağıdakı məlumatlar xaricə ötürülür:

  • Cloudflare, Inc. (ABŞ) — sayta gələn və saytdan gedən bütün trafik (o cümlədən formalara yazdığınız məlumatlar) şifrələnmiş şəkildə Cloudflare şəbəkəsindən keçir; IP ünvanınız və sorğu məlumatları Cloudflare tərəfindən emal olunur. Cloudflare-in analitika skripti söndürülüb.
  • Brevo (Sendinblue SAS, Fransa) — e-poçt göndərişi: e-poçt ünvanınız, adınız və məktubun məzmunu (məsələn, təsdiq kodu).
  • Google LLC (ABŞ) — Google ilə giriş və ya qeydiyyatı seçdikdə (3-cü bölmə). Bundan başqa saytın sahibinin e-poçt qutusu Gmail-dədir: əlaqə və məlumat sorğusu formalarından göndərilən mesajlar və yeni sorğu bildirişləri (yalnız elan nömrəsi və adı) oraya çatır.
  • OpenFreeMap / OpenStreetMap — xəritə plitələri birbaşa brauzerinizə yüklənir; bu zaman həmin serverlər IP ünvanınızı və baxdığınız xəritə ərazisini görür. Ünvan axtarışı və marşrut hesablaması üçün serverimiz OpenStreetMap xidmətlərinə yalnız ünvan və koordinat sorğusu göndərir (hesab məlumatlarınız olmadan).

Qəbul edən ölkələrdə şəxsi məlumatların qorunma səviyyəsi Azərbaycan qanunvericiliyindəki səviyyədən fərqli ola bilər. Bu ötürmə qeydiyyatda və formalarda verdiyiniz razılıq əsasında aparılır (Qanunun 14.3-cü maddəsi). Məlumatlar dövlət orqanlarına yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada verilir. Google Analytics və digər reklam və ya izləmə xidmətləri aktiv deyil; aktivləşdirilsə, yalnız sizin ayrıca razılığınızla işləyəcək.

6. Saxlanma müddətləri

Müddətlər avtomatik tətbiq olunur. Ehtiyat nüsxələr yalnız məlumatların bərpası üçün istifadə olunur.

7. Təhlükəsizlik

Sayta bağlantı HTTPS ilə şifrələnir. Parollar və bərpa kodları geri qaytarıla bilməyən heş şəklində saxlanılır, 6 rəqəmli kodlar 5 dəqiqə keçərlidir və yalnız bir dəfə işləyir, yanlış cəhdlərin sayı məhdudlaşdırılır. İdarəetmə panelinə giriş iki mərhələli doğrulama tələb edir və əməkdaşların hərəkətləri jurnala yazılır. Server birbaşa internetə açıq deyil, trafik yalnız şifrələnmiş tunel vasitəsilə gəlir. Ehtiyat nüsxələr hər gün yaradılır və yoxlanılır. Heç bir sistem tam təhlükəsizliyə zəmanət verə bilməz; güclü parol və iki mərhələli doğrulamadan istifadə edin.

8. Hüquqlarınız

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən siz:

  • barənizdə məlumat toplanıb-toplanmadığını, operatorun kim olduğunu, emalın hüquqi əsasını, məqsədini, müddətini və üsullarını öyrənmək;
  • məlumatlarınızla tanış olmaq və onların surətini almaq;
  • səhv və ya natamam məlumatların düzəldilməsini, qanunla istisna edilən hallar xaricində məhv edilməsini tələb etmək;
  • məlumatlarınızın toplanmasının və emalının qadağan edilməsini tələb etmək və verdiyiniz razılığı geri götürmək;
  • məlumatların mənbəyini və onların qanuni yolla əldə edildiyini öyrənmək, məlumatlarınızın qorunmasını tələb etmək hüququna maliksiniz.

Adınızı və telefonunuzu Hesab → Profil bölməsində özünüz dəyişə bilərsiniz. Digər sorğular yazılı şəkildə göndərilir: Sorğunuzu məlumat sorğusu formu ilə göndərin və ya Haqqımızda səhifəsindəki e-poçt ünvanına yazın; cavab sizin göstərdiyiniz e-poçt ünvanına göndərilir. Mümkünsə hesabınıza bağlı e-poçt ünvanını yazın. Kimliyinizi yoxlamaq üçün əlavə məlumat istənə bilər. Məlumatlarınızın surəti oxunaqlı faylda verilir (parol heşi, kodlar və tokenlər daxil edilmir).

Şikayət: əvvəlcə məlumat sorğusu formu ilə operatora yazın. Hüquqlarınızın pozulduğunu hesab etsəniz, qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərsiniz (Qanunun 7.4-cü maddəsi).

9. Razılığın geri götürülməsi və hesabın silinməsi

Razılığınızı istənilən vaxt geri götürə bilərsiniz: Hesab → Təhlükəsizlik → “Hesabı sil”, və ya məlumat sorğusu formu ilə yazaraq. Hesab şəxsi məlumatlar olmadan işləyə bilmədiyi üçün razılığın geri götürülməsi hesabın silinməsi deməkdir. Bu zaman hesab, sessiyalar, Google bağlantısı, iki mərhələli doğrulama, seçilmişlər, müqayisə və saxlanmış axtarışlar dərhal silinir; göndərdiyiniz sorğu və baxış istəklərində ad, telefon, e-poçt və mesaj silinir; razılığın sübutu 6-cı bölmədəki qaydada adsız saxlanılır; məlumatlar ehtiyat nüsxələrdən 30 gün ərzində çıxır. Hesabınızla təqdim edilmiş elanlar varsa, onlarda əlaqə məlumatlarınız olduğu üçün silinmə məlumat sorğusu əsasında aparılır. Silinmədən əvvəl qanuni əsasla aparılmış emal qanunsuz sayılmır.

10. Dövlət qeydiyyatı

“Fərdi məlumatlar haqqında” Qanunun 15-ci maddəsi şəxsi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını tələb edir. Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli Qərarının 2.3-cü bəndi subyektin razılığı ilə onun özünün təqdim etdiyi məlumatların toplandığı və tərkibində 1000-dən az subyekt barədə məlumat olan ümumi istifadəli sistemləri bu tələbdən azad edir. EmlakHub bu həddə əsaslanır: istifadəçilərin və hesabsız sorğu göndərənlərin sayı 900-ə çatanda yeni qeydiyyat və hesabsız sorğu qəbulu avtomatik dayandırılır və operator sistemi dövlət qeydiyyatına aldırmalıdır.

11. Uşaqlar

Platforma 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb; 18 yaşınız yoxdursa, qeydiyyatdan keçməyin.

12. Dəyişikliklər

Bu sənəd dəyişdikdə yenilənmə tarixi və versiya aşağıda göstərilir. Əhəmiyyətli dəyişikliklər barədə saytda məlumat verilir; qeydiyyat zamanı həmişə qüvvədə olan versiyaya razılıq alınır.

EmlakHub

360° Virtual Tur Xidməti

Əmlakınızı virtual turla tanıdın!

Əmlakınızın 360° virtual turunu hazırlayaq və müştərilərinizə məkanı uzaqdan kəşf etmək imkanı təqdim edək.

  • 360° panoramik çəkiliş
  • Evlər və kommersiya obyektləri
  • Saytda virtual tur təqdimatı

Əlaqə nömrəsi tezliklə əlavə olunacaq.